Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin istefa ərizəsinin qəbulundan üç həftə keçir. Ramiz Mehdiyev çox böyük ictimai reznonans yaradan təpkilərdən sonra istefa ərizəsi yazmışdı. Lakin istefasını elm xadimlərinin onu istefaya çağırması ilə deyil, yaşı ilə əlaqələndirmişdi. "Yeni Müsavat" xəbər verir ki, fevralın 19-da isə AMEA-nın Rəyasət Heyəti toplaşaraq onun ərizəsinə baxaraq qəbul etmişd. Ramiz Mehdiyevin gedişindən sonra AMEA prezidentinin səlahiyyətlərini birinci vitse-prezident Arif Həşimov icra etməyə başlayıb. Akademik Mehdiyev isə fevralın 19-dan AMEA-ya gedib-gəlmir.
Maraqlıdır ki, akademik Ramiz Mehdiyevin istefasını tələb edən ictimai xadimlər, elm ictimaiyyətinin nümayəndələri onun gedişindən sonra AMEA-da hələ ciddi dəyişikliklərin olmadığını deyirlər. Qeyd olunur ki, hələlik dəyişən yalnız AMEA ətrafında Ramiz Mehdiyevin zamanındakı kimi ajiotajın müşahidə edilməməsidir. Başqa dəyişikliklər yoxdur.
AMEA üzvlərini isə daha çox narahat edən, maraqlandıran AMEA prezidentinin kim olacağı və qurumda köklü dəyişikliklərin olub-olmayacağıdır. Çünki hələ də akademiyada qeyri-müəyyənlik hökm sürür, heç bir dəyişiklik müşahidə edilmir. Ramiz Mehdiyevi əvəz edən akademik Arif Həşimov belə görünür ki, ya özünü o postda müvəqqəti sayır, ya da Rəyasət Heyətinin yuxarıdan olacaq əmr əsasında toplanmasını və onu AMEA prezidenti seçməsini gözləyir. Yəni hörmətli akademik bu vəzifəyə rəsmən seçilmədən hansısa addımlar atmağa risk etmir. Atacağı addımların hansı effekt verəcəyi, seçkiöncəsi onun xeyrinə, yoxsa zərərinə işləyə biləcəyinə əmin deyil.
Bəs AMEA Rəyasət Heyətinin prezident seçmək üçün iclası nə zaman olacaq? İclas planlaşdırılıbmı?
AMEA mətbuat xidmətinin rəhbəri Azadə Balayeva Musavat.com-a bildirdi ki, Rəyasət Heyətinin seçki ilə bağlı iclasının olacağı barədə onda heç bir məlumat yoxdur.
DAVA MEHDİYEV DAVASI İMİŞ: AMEA-da qurdla quzu bir yerdə otlayır... - NƏ BAŞ VERİR?
11
mart
12:05

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat