"Noyabrın 5-dən dekabrın 3-dək Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 1 307 nəfərə Amnistiya Aktı tətbiq edilib".
Bunu Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Aqşin Ziyadov deyib.
O bildirib ki, qərarın icrası çərçivəsində yerli probasiya qurumlarının qərarları ilə 1 158, məhkəməyə verilən 1 414 təqdimat əsasında bu günə qədər 149 məhkum haqqında Amnistiya Aktı tətbiq edilib: "Onlardan 161 nəfər qadın, 1 nəfər yetkinlik yaşına çatmayan, 84 nəfər 60 yaşına çatmış, 2 nəfər Vətən müharibəsində iştirak edən məhkumlardır".
"Amnistiya tətbiq olunmuş şəxslərdən 870 nəfər islah işləri, 260 nəfər cərimə, 28 nəfər ictimai işlət cəzasından azad edilən məhkumlardır. Bundan başqa, azadlığın məhdudlşadırılması cəzasına məhkum edilən şəxslərdən 134 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilmiş elektron qolbaqlar dərhal çıxarılmış, 15 nəfər məhkumun isə cəza müddəti 1 il azaldılıb" - o vurğulayıb.
Qeyd edək ki, 5 noyabr tarixində qüvvəyə minən Amnistiya Aktının icrası dörd ay müddətində təmin edilməlidir.
Amnistiya Aktı Vətən müharibəsinin 2 iştirakçısına şamil edildi
03
dekabr
14:16

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat