“Bayden Administrasiyası ABŞ Konqresini Ağ Evin 2023-cü maliyyə ili üçün büdcə təklifində Ermənistana 24 milyon ABŞ dolları ayırmağa çağırıb. Bu 2022-ci maliyyə ili üçün bir neçə həftə əvvəl Konqres tərəfindən ayrılan və Prezident tərəfindən təsdiq edilən məbləğdən 21 milyon dollar azdır”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.
Deputat bildirib ki, Ağ Evin bu addımı ermənilərin ABŞ-dakı əsas lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsinin (ANCA) narazılığına səbəb olub:
“Görünür bu təklif dünya ermənilərinin iştahına uyğun gəlməyib. Yenə də erməni xisləti özünü göstərib. Ağ Evin 2023-cü il üçün təklifində Qarabağda minalardan təmizləmə və ya digər humanitar layihələrə pul ayrılması planlaşdırılmayıb. Bu, yenə də Azərbaycana qarşı tətbiq edilən ikili standartlardan xəbər verir. Qeyd etməliyəm ki, Ağ Ev 2022-ci ildə Azərbaycana minaların təmizlənməsinə 2 milyon dollar ayırmışdı. Amma Azərbaycanın mina problemi hələ həll olunmayıb. Çünki ermənilər işğal dövründə Qarabağın hər yerini minalarla çirkləndiriblər. Erməni lobbisi həmçinin Prezident Baydenin ABŞ-dan 2023-cü maliyyə ili üçün Azərbaycana 9,7 milyon dollara yaxın yardım istəməsindən narazıdırlar. Bura Azərbaycanın ABŞ Müdafiə Nazirliyindən 333-cü bölmə (potensialın gücləndirilməsi) çərçivəsində aldığı əlavə vəsaitlər daxil deyil. Hökumət Hesabatlılığı İdarəsinin (GAO) mart ayında açıqladığı hesabata əsasən, Azərbaycan 333-cü Bölmə çərçivəsində ABŞ-dan 164 milyon dollardan çox yardım alıb”
E. Nəsirov qeyd edib ki, ANCA artıq Ağ Evə və Konqresə “2020-ci ildə regiondan qaçan 100 mindən çox erməninin məskunlaşmasına” kömək məqsədilə Qarabağ ermənilərinə 50 milyon dollar yardım üçün müraciət edib:
“ANCA ya Qarabağın hazırda boş olduğunu etiraf edir, ya da “ölü canlar” üzərindən ayrılan vəsaiti mənimsəməyə çalışır. Ancaq ABŞ Administrasiyası bu addımı ilə erməni lobbisini məyus edib”.
Deputat: “Bayden Administrasiyası erməni lobbisini məyus edib”
30
mart
10:41

Qarabağ
KOMMENTLƏR
ABŞ Azərbaycana hərbi yardımı niyə artırdı? – Elman Nəsirov SƏBƏBLƏRİ açıqladı
ABŞ Azərbaycana 9,1 milyon dollar vəsait ayıracaq
Elman Nəsirov: “Beynəlxalq birlik minatəmizləmə sahəsində Azərbaycana dəstək vermir” - VİDEO
Deputatlar ezamiyyə xərclərinin artırılmasını istəyiblər
Bayden demokratiyaya dəstək üçün 690 milyon dollar ayırdı
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər