Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “FRAZA-F” MMC (VÖEN- 1505816991) olub.
Müsabiqənin şərtlərinə görə, “FRAZA-F” MMC Gənclər və İdman İdarəsinə gənclər siyasətinə aid mallar (kubok, diplom, baner, gül, suvenir və s.) satacaq və qarşılığında 28 min 650 manat alacaq.
Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, qalib şirkət yeni yaranıb.
Xəzər rayon Gənclər və İdman İdarəsi tender müsabiqəsini 18.03.2022-ci il tarixində elan edib. Qalib şirkət olan “FRAZA-F” MMC isə bundan cəmi bir ay əvvəl - 21.02.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanı “Nərimanov rayonu, Faiq Yusifov, ev 46, m. 94”də yerləşir. Qanuni təmsilçisi Süleymanov Nicat Şakir oğludur.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi bir ay əvvəl yaranan şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Qeyd edək ki, Gənclər və İdman İdarələri daha əvvəl də yeni yaranan, təcrübəsiz şirkətləri tenderin qalibi elan ediblər.
Aşağıdak linklərə daxil olaraq ətraflı məlumat ala bilərsiniz:
Gənclər və İdman Nazirliyinin “gənc” şirkətlərlə şübhəli yaxınlığı... – FAKTLAR
5 gün əvvəl yaranan şirkət tenderin qalibi oldu – FOTOFAKT
Gənclər idarəsinin “gənc” şirkətlərlə “böyük” sövdələşməsi... - TƏFƏRRÜAT
İki ay əvvəl yaranan şirkətlər 2,4 milyon manatlıq tenderin qalibi oldu – FOTOFAKT
Nazirlik keçirdiyi tenderin qalibi yenə bir aylıq şirkət oldu
11
aprel
17:30

Qarabağ
KOMMENTLƏR
Nazirlik 15 gün əvvəl yaranan şirkəti tenderin qalibi seçdi - FAKTLAR
Gənclər İdarəsinin “gənc” şirkətlərlə növbəti sövdələşməsi - TƏFƏRRÜAT
Fərid Qayıbov nazir olandan sonra tender udan "gənc" şirkətlər - Siyahı
Azərbaycanda görülməmiş hadisə: Olmayan şirkət tenderin qalibi olub, 49 min pul aldı… – FOTOFAKT
AMEA-da daha bir müəmmalı tender...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat