Sabunçu və Nizami rayon Gənclər və İdman İdarələri tərəfindən keçirilən tender müsabiqələrinin (Kotirovka sorğuları) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, hər iki qurum tərəfindən keçirilən tender müsabiqələrinin qalibi “SMART.KİOSK MM” MMC (VÖEN- 1505816731) olub.
Müsabiqənin şərtlərinə görə, “SMART.KİOSK MM” MMC idman tədbirlərində və yarışlarında iştirak edənlərə veriləcək hədiyyələri Gənclər və İdman İdarələrinə satacaq və qarşılığında 41 min 915 manat alacaq.
Tender müsabiqələrində diqqət çəkən məqamlardan biri odur ki, qalib şirkət yeni yaranıb.
Sabunçu rayon Gənclər və İdman İdarəsi tender müsabiqəsini 07.04.2022-ci il tarixində, Sabunçu rayon Gənclər və İdman İdarəsi isə 05.03.2022-ci il tarixində elan edib. Qalib şirkət olan “SMART.KİOSK MM” MMC isə bundan 15 gün əvvəl - 21.02.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanı “Nərimanov rayonu, Faiq Yusifov, ev 46, m. 94”-də yerləşir. Qanuni təmsilçisi Süleymanov Nicat Şakir oğludur.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 15 gün əvvəl yaranan şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Tender müsabiqələrində diqqət çəkən digər bir məqam isə odur ki, “SMART.KİOSK MM” MMC ilə eyni ünvanda qeydiyyatda olan və Süleymanov Nicat Şakir oğlunun rəhbərlik etdiyi daha bir şirkət – “FRAZA-F” MMC (VÖEN- 1505816991) Xəzər rayon Gənclər və İdman İdarələri tərəfindən keçirilən 28 min 650 manatlıq tender müsabiqəsinin qalibi olub. Bu şirkət də “SMART.KİOSK MM” MMC ilə eyni gündə - 21.02.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, Gənclər və İdman İdarələri tərəfindən daha əvvəl də yeni yaranan, təcrübəsiz şirkətlər tenderin qalibi elan ediblər.
Aşağıdak linklərə daxil olaraq ətraflı məlumat ala bilərsiniz:
Gənclər və İdman Nazirliyinin “gənc” şirkətlərlə şübhəli yaxınlığı... – FAKTLAR
5 gün əvvəl yaranan şirkət tenderin qalibi oldu – FOTOFAKT
Gənclər idarəsinin “gənc” şirkətlərlə “böyük” sövdələşməsi... – TƏFƏRRÜAT
İki ay əvvəl yaranan şirkətlər 2,4 milyon manatlıq tenderin qalibi oldu - FOTOFAKT
Gənclər İdarəsinin “gənc” şirkətlərlə növbəti sövdələşməsi - TƏFƏRRÜAT
23
aprel
12:03

Qarabağ
KOMMENTLƏR
Nazirlik 15 gün əvvəl yaranan şirkəti tenderin qalibi seçdi - FAKTLAR
Nazirlik keçirdiyi tenderin qalibi yenə bir aylıq şirkət oldu
Fərid Qayıbov nazir olandan sonra tender udan "gənc" şirkətlər - Siyahı
Azərbaycanda görülməmiş hadisə: Olmayan şirkət tenderin qalibi olub, 49 min pul aldı… – FOTOFAKT
Yevlaxda TENDER OYUNBAZLIĞI... - 8 gün əvvəl yaranan şirkət qalib oldu
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat