Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, BƏƏ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caberi qəbul edib.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, investisiya qoyuluşu və digər sahələrdə uğurla inkişaf etdiyini bildirdi.
Prezident İlham Əliyev bu yaxınlarda Abu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyanla telefon danışığını xatırladaraq həmin söhbət zamanı əməkdaşlığımızın daha da genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyinin qeyd olunduğunu bildirdi.
Bu ilin mart ayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimini xatırladan dövlətimizin başçısı həmin layihənin gələn ilin sonuna yaxın işə düşəcəyinə ümidvarlığını ifadə etdi. Prezident İlham Əliyev bu layihənin icrasını qarşılıqlı maraqların və imkanların təmin edilməsinin yaxşı nümunəsi kimi dəyərləndirdi.
Dövlətimizin başçısı bildirdi ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu nəzərə alınaraq birgə müəssisələrin yaradılması, investisiya imkanlarının müəyyənləşdirilməsi və digər müxtəlif layihələrdə iştirakın da daxil olduğu gələcək birgə iqtisadi gündəliyin reallaşdırılması mövcud potensialın maksimum dərəcədə təmin edilməsi işinə xidmət edə bilər.
Prezident İlham Əliyev Sultan Əhməd Əl Caberin ölkəmizə səfərinin uğurlu və səmərəli keçəcəyinə ümidvar olduğunu dedi.
Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd bin Rəşid Al Maktumun və Abu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyanın salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara və xoş arzulara görə minnətdarlığını bildirdi, onun da salamlarını Məhəmməd bin Rəşid Al Maktuma və Məhəmməd bin Zayed Əl Nahyana çatdırmağı xahiş etdi.
Qonaq vurğuladı ki, Məhəmməd bin Zayed Əl Nahyan ölkələrimiz arasında münasibətlərdə əldə edilmiş inkişafı yüksək qiymətləndirir, bu əlaqələrin önəmini xüsusi qeyd edir və tərəfdaşlığımızın daha da gücləndirilməsi əzmindədir.
***
13:21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, BƏƏ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caberi qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident Sultan Əhməd Əl Caberi qəbul etdi - YENİLƏNİB
15
aprel
15:44

Qarabağ
KOMMENTLƏR
Prezident Sultan Əhməd Əl Caberi qəbul etdi
Azərbaycan dövlət başçısının BƏƏ Prezidenti ilə görüşü olub - YENİLƏNİB-1
Prezident İlham Əliyev BƏƏ-nin investisiya nazirini qəbul edib
İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR (YENİLƏNİB-2)
Azərbaycanla BƏƏ-nin “Masdar” şirkəti arasında sənədlər imzalandı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat