Qərbi Azərbaycan vilayətinin Elektrik Paylama Şirkətinin baş direktoru Əkbər Həsənbəglunun korrupsiya və mənimsəmə cinayəti ittihamından həbs edildiyi bildirilir.
Dövlətə məxsus rəsmi xəbər agentliyi İRNA-nın yaydığı məlumata görə, Urmiyə İnqilab Məhkəməsində elektrik şirkətinin baş direktoruna qarşı qaldırılan iddia ilə bağlı proses davam edir. Prokurorluq tərəfindən dosye ilə əlaqədar tədqiqat aparılır. Həbs edilən rəsminin müvəqqəti olaraq həbsxanaya köçürüldüyü bildirilir.
Əkbər Həsənbəglunun Qərbi Azərbaycan vilayətinin kəşfiyyat qüvvələri tərəfindən həbs edildiyi qeyd olub. Tasnim xəbər agentliyinin verdiyi məlumata görə, Elektrik Paylama Şirkəti “Tavanir” şirkətinin sədri tərəfindən verilən fərman əsasında “Necatullah Əlinejad” Qərbi Azərbaycan Elektrik Paylayıcı Şirkətinin yeni direktoru təyin edilib.
İranda elektrik sənayei ilə əlaqədar xəbərlər yayımlayan Barg News saytı yerli mənbələrə istinadən qeyd edib ki, “gələcək günlərdə vilayətin elektrik idarəçiliyi ilə bağlı rəsmilərin həbs edilməsinə şahid ola bilərik”.
Son iki ildə dəfələrlə İranın elektrik enerjisi sahəsində fəaliyyət göstərən rəsmilər korrupsiya və mənimsəmə ittihamlarından dolayı həbs edilib.
Qərbi Azərbaycan elektrik şirkətinin direktoru həbs edilib
04
may
14:45

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat