Paytaxtdakı 27 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) müəllimi tərəfindən döyülməsinə dair məsələ Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “oxu.az”ın sorğusuna cavab olaraq bildirilib.
Qurumdan bildirildiyinə görə, araşdırma zamanı məlum olub ki, 14.04.2022-ci il tarixində tənəffüs zamanı sözügedən məktəbin müəllimi ilə 11-ci sinif şagirdi arasında yaranmış mübahisə müəllimin şagirdə zərbə vurması ilə nəticələnib:
“Müəllim baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verib. Həmin məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanlarında araşdırma aparılır”.
“Bundan əlavə, ümumi təhsil müəssisəsində müəllim-şagird münasibətlərinin qarşılıqlı hörmət əsasında qurulması, təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verilməməsi, yaranmış anlaşılmazlığın konstruktiv həll edilməsinə səy göstərilməsi istiqamətində müəssisə rəhbərliyi tərəfindən aidiyyəti şəxslərlə birlikdə müvafiq iş aparılıb.
Müəllimlə şagird arasında yaranan anlaşılmazlıq aradan qaldırılıb və tərəflər qarşılıqlı olaraq narazılıqlarının olmadığını bildiriblər”, - deyə əlavə edilib.
Qeyd edək ki, bir müddət əvvəl uşağı Xətai rayonu 27 saylı orta məktəbdə təhsil alan valideyn redaksiyamıza müraciət ünvanlayaraq təhsil müəssisəsinin “Coğrafiya” fənni üzrə müəllimi Kənan Həsənovun 11 “c” sinif şagirdini səbəbsiz olaraq təhqir etdiyini bildirib.
Müəllim şagirdə məktəbdə zərbə vurubmuş - RƏSMİ
12
may
18:27

Qarabağ
KOMMENTLƏR
Bakıda müəllim şagirdin başını divara ÇIRPDI
Məktəbdə əxlaqsız hərəkət edən şagirdlə bağlı rəsmi açıqlama
Daha bir məktəb direktorunun səsyazısı yayıldı - Araşdırma aparılır
Bakıda şagird sinif yoldaşını döydü, işə polis qarışdı - YENİLƏNİB (VİDEO)
Şagirdə döşəmə sildirən müəllim və direktor CƏZALANDI
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat