Paytaxtda yerləşən məktəbdə şagirdin digər şagird tərəfindən döyülməsi faktı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.
Bu barədə idarədən məlumat verilib.
Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb.
"Məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür", - məlumatda qeyd edilib.
***
Bakının 112 saylı orta məktəbindən şagirdin sinif yoldaşını döyməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirilib.
Məktəbdən verilən məlumata görə, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüz zamanı baş verib:
"Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb".
***09:35
Sosial şəbəkədə orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı video yayılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıdırlar və hazırda araşdırma aparılır.
Qeyd edək ki, hadisənin Bakının 112 saylı orta məktəbində baş verdiyi bildirilir.
Bakıda şagird sinif yoldaşını döydü, işə polis qarışdı - YENİLƏNİB (VİDEO)
04
oktyabr
10:25

Qarabağ
KOMMENTLƏR
Müəllim şagirdə məktəbdə zərbə vurubmuş - RƏSMİ
Məktəbdə yayılan biabırçı görüntü ilə bağlı araşdırma aparılır (YENİLƏNİB)
Şagirdlərin dərsində "oyun çıxardığı" müəllimə töhmət verildi - YENİLƏNİB (VİDEO)
Məktəbdə əxlaqsız hərəkət edən şagirdlə bağlı rəsmi açıqlama
Övladı şagirdləri təhdid edən ana məktəbə hücum etdi - VİDEO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat