Sabiq əmək va əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində ciddi problem yarandığından onun Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürüldüyü bildirilir.
Eks-nazir nazirin atası Yanvar Müslümov Modern.az-a açıqlamasında faktı təsdiqləyib.
Y.Müslümov özünün də səhhətində problemlər olduğunu vurğulayıb:
"Bildiyiniz kimi, özüm də xəstəyəm, artıq 84 yaşım var. Ayaqlarım işləmir, heç avtomobillə belə, uzun yolu gedə bilmirəm. Yaşım o yaş deyil. Amma Səlimin xəbərin eşidəndən özümüzə gələ bilmirik. Dedilər səhhəti çox pisdir. Dünəndən ağlayırıq, əlimizdən dua etməkdən başqa heç nə gəlmir".
Sabiq nazirin atası oğlunun xəstəliklərilə bağlı da danışıb:
"Əvvəldən təzyiq, şəkər problemləri var idi. Bilirsiniz, bizdə bu xəstəliklər irsidir. Allah ölənlərinizə rəhmət eləsin, atam da təzyiqdən rəhmətə getdi. Kiçik qardaşım da "Narxoz"da oxuyanda, cavan yaşında o xəstəlikdən keçindi.
Mən özüm danışmasam da, uşaqlar həkimlərdən xəbər alır. Deyirlər təzyiqi, şəkəri çox yüksəlib, amma həkimlər nə lazımdırsa, edirlər. Allaha pənah, İnşallah sağalar.
Dövlət Təhülkəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib. 2018-ci ilin sentyarında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdir vəzifəsinə təyin olunub.
Atası Səlim Müslümovun səhhətindən danışdı: “Allaha pənah...“
23
may
13:30

Qarabağ
KOMMENTLƏR
- Ağdaşda 2 tondan artıq çətənə kolu yandırıldı
- “Sepah“ın kəşfiyyat rəhbəri dəyişdi
- 91 yaşlı milyarder model arvadından BOŞANIR
- Avropa Parlamenti Ukrayna və Moldovanın Aİ-yə üzvlüyünü dəstəklədi
- Moldovada fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı
- ABŞ zəlzələdən zərər çəkmiş Əfqanıstana humanitar yardım göndərəcək
- Rus oliqarxına məxsus mədən şirkətlərinin aktivləri BLOKLANDI
- Bakıda silsilə oğurluq edən Gürcüstan vətəndaşı tutuldu
- Ərdoğan azərbaycanlı yanğınsöndürənlərlə görüşdü - FOTO
- Şəkidə "ZİL"aşıb, sürücü ölüb
- “Ailəmi saxlamaq üçün məcbur oldum ki...” - Sahil Babayevi 5 dəfə məhkəməyə verən polkovnik
- "Almaniya Rusiya qaz kəmərini milliləşdirməyi planlaşdırır" - KİV
- Putinin çıxışı haker hücumlarına görə təxirə salındı
- Ukraynada 323 uşaq müharibə nəticəsində həlak olub
- Türkiyədə ŞİMŞEK dronu uğurla sınaqdan keçirilib
- Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri artırılır
- Bill Qeytsdən Internet Explorer şərhi: “Düşünürəm ki, mikroçiplərimiz bitib”
- Bitkoinin qiyməti 20 min dollardan aşağı düşdü
- İranda qırıcı təyyarə qəzaya uğradı
- Bakıda kişi intihara cəhd edir
- Tokayev: "Qazaxıstan qondarma DXR və LXR-i tanımayacaq"
- Bakıda intiharın qarşısını alan polis yaralandı
- İmişlidə qadın qətlə yetirilib, əri intihar edib
- Elman Nəsirov: “Bu çox mühüm mesajlardan birdir və Ermənistan rəhbərliyi mütləq bunu nəzərə almalıdır”
- Putinin çıxışı haker hücumlarına görə təxirə salındı
- Ukraynada 323 uşaq müharibə nəticəsində həlak olub
- Türkiyədə ŞİMŞEK dronu uğurla sınaqdan keçirilib
- Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri artırılır
- Bill Qeytsdən Internet Explorer şərhi: “Düşünürəm ki, mikroçiplərimiz bitib”
- Bitkoinin qiyməti 20 min dollardan aşağı düşdü
- İranda qırıcı təyyarə qəzaya uğradı
- Bakıda kişi intihara cəhd edir
- Tokayev: "Qazaxıstan qondarma DXR və LXR-i tanımayacaq"
- Bakıda intiharın qarşısını alan polis yaralandı