Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi başlayıb.
Hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən hazırlıq iclasında Əli Əliyevlə yanaşı xüsusi ittihamçı Ramiz Göyüşov da iştirak edib.
Ramiz Göyüşov təqsirləndirilən şəxsin onun şərəf və ləyaqətinə toxunan ifadələr işlətdiyini buna görə də məsuliyyətə cəlb olunmasını istəyib.
Təqsirləndirilən şəxs şikayətin əsassız olduğunu deyib.
Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət verərək iddia ərizəsinə xitam verilməsini istəyiblər.
Məhkəmə vəsatəti təmin etməyib.
Əli Əliyev barəsində xüsusi ittiham qaydasında qaldırılmış şikayət icraata götürülüb.
Baxış iclası iyunun 3-ə təyin olunub.
Xatırladaq ki, Ramiz Göyüşovun bir neçə ay əvvəl sosial şəbəkələrdə intim videosu yayılıb. Bundan sonra Ramiz Göyüşov YAP-dan kənarlaşdırılıb.
Əli Əliyevin vəsatəti təmin edilmədi
27
may
13:55

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat