Tarixi romanlar müəllifi, yazıçı-publisist Yunus Oğuzun yeni tarixi romanı çap edilib.
Yazıçının bu dəfəki romanı Böyük Monqol İmperiyasının banisi Çingiz xana həsr olunub. Romanda Çingiz xanın həyatı, keçdiyi döyüş yolu, yaratdığı imperiyanın dünyaya necə səs-soraq salması, eləcə də Çingiz xana qarşı müttəfiqlik edən qüvvələr barədə oxucular ətraflı məlumat əldə bilərlər.
"Xan" mətbəəsində işıq üzü görən "Çingiz xan" adlı kitaba ön sözü filologiya elmləri doktoru, akademik, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov yazıb.
Qeyd edək ki, bundan əvvəl Yunus Oğuz Əmir Teymur, Nadir şah, Təhmasib şah və digər tarixi qəhrəmanlar, sərkərdələr barədə tarixi romanlar yazıb. Yazıçının əsərləri dünyanın bir sıra ölkələrində nəşr olunub. Ümumilikdə Yunus Oğuzun 23 ölkədə 47 kitabı dərc edilib.
Yunus Oğuzun “Çingiz xan” romanı çapdan çıxdı
03
sentyabr
16:17

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat