Beləliklə, dia.az olaraq "Oba" market şəbəkəsi ilə bağlı növbəti şikayəti təqdim edirik:

""Oba" Marketlər şəbəkəsi kampaniya elan edib ki, guya 400-dən artıq məhsula 24.05.2022-06.06.2022 tarixlərində endirimlər tətbiq olunur". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Mübariz Mirzəyev adlı istifadəçi giley edir.

Daha sonra narazı vətəndaş yazır: "Bu gün (dünən -red.) Yeni Günəşli qəsəbəsində dörd "Oba" Marketə baş çəkdim, dörd adda məhsul axtardım, heç birində bu məhsullar olmadı. WhatsApp-da onlara yazıb səbəbini soruşuram, cavab vermirlər. "Oba" Market, sizə AR olsun!"