Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayevin ARB telekanalında taksi xidməti ilə bağlı vahid tarif sisteminin tətbiq edilməsi və vahid dispetçer mərkəzinin yaradılması barədə təklifə aydınlıq gətirərkən ehtiyatsız fikirlər səsləndirməsi ciddi ictimai qınaqla qarşılandı və nəhayət, sözügedən qurum məsələyə münasibət bildirməyə məcbur oldu.
BNA yaydığı açıqlamada Hikmət Babayevin dediklərini onun şəxsi fikri kimi qələmə verdi. “BNA-nın şöbə müdiri Hikmət Babayevin verdiyi açıqlamanın onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini bildirir və onunla bağlı müvafiq inzibati tədbirlərin həyata keçirildiyini bəyan edirik", - deyə Agentlik bəyan etdi.
Lakin BNA-nın bu məsələdə səmimi olmadığı barədə iddialar var. Yenisabah.az-ın əldə etdiyi məlumata görə, həmin verilişə Hikmət Babayev deyil, BNA-nın başqa bir rəsmisi dəvət alıb. Bəzi məlumatlara görə, həmin şəxs qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev olub. Lakin o verilişə qatıla bilmədiyindən əvəzinə Hikmət Babayev efirə çıxıb və BNA-nın məsələ ilə mövqeyini diqqətə çatdırıb. Yəni, əslində onun fikirləri heç də şəxsi mövqeyi olmayıb. Sadəcə məsələyə sərt təpki olduğuna görə BNA vəziyyətdən çıxış üçün bu yolu seçib. Digər tərəfdən, Hikmət Babayevin fikirləri sosial şəbəkələrdə iki gün müzakirə mövzusu olub. BNA isə bu müddət ərzində israrla susub. Əgər şöbə müdirinin fikirləri onun şəxsi mövqeyi olsaydı, güman qurum dərhal buna reaksiya verərdi.
BNA Hikmət Babayevi necə “qurban“ verdi? - Təfərrüat
04
sentyabr
12:09

Qarabağ
KOMMENTLƏR
BNA və şəxsən Hikmət Babayev xalqdan üzr istəməlidir – Deputatdan sərt açıqlama
Ərtoğrulun BNA ilə bağlı satirik VİDEOSU
“O BNA-çının maşınını alın, işə avtobusla gedib-gəlsin” - Sabiq deputat
Gediş haqqının artırılacağı xəbəri haqda – Rəsmi açıqlama
Bütün taksi şirkətləri bir əldə cəmləşəcək? – Osman Gündüz
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat