Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə Azərbaycan Ordusunun ümumqoşun poliqonlarında müxtəlif qoşun növlərinin döyüş atışlı intensiv taktiki təlimləri keçirilir.
MN-dən verilən məlumata görə, təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin artırılması, şəxsi heyətin praktiki vərdişlərinin inkişaf etdirilməsi ilə peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, qoşunların idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsidir.
Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrin bölmələrinin cəlb edilməsi ilə keçirilən təlimlərin əsas xüsusiyyəti Vətən müharibəsi və digər müasir müharibələrin təcrübəsinə əsaslanan yeni taktiki hərəkətlərin yerinə yetirilməsi, o cümlədən şərti düşmənin uzaqdan aşkar olunması sisteminin geniş tətbiqi ilə onun daha effektiv məhv edilməsidir.
Təlimlərin gedişi barədə komandirlərin və qərargah zabitlərinin məruzələri dinlənilir, kəşfiyyat məlumatları əsasında düşmənin vəziyyəti və ərazinin xüsusiyyətləri öyrənilir, silahlanmaya yeni daxil edilən cihaz və vasitələrin tətbiqi ilə bölmələrin qarşılıqlı fəaliyyəti təşkil olunur.
Təlimlərin ssenarisinə əsasən, aşkar olunan şərti düşmən hədəfləri müxtəlif aviasiya vasitələri, motoatıcı, artilleriya və tank bölmələri tərəfindən qarşılıqlı əlaqədə məhv edilir.
Orduda döyüş atışlı təlimlər keçirilir - VİDEO
09
iyun
17:22

Qarabağ
KOMMENTLƏR
Azərbaycan Ordusunda döyüş atışlı təlimlər keçirilib
Ordumuzun təlimində şərti düşmənin hədəfləri zərərsizləşdirilib
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir - VİDEO
Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başladı
Xüsusi Təyinatlı Qüvvələrin təlimindən VİDEO
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar