Son vaxtlar Azərbaycan Hava Yollarının (AZAL) uçuşlarla bağlı vətəndaşlara təqdim etdiyi qiymətlər ciddi narazılıq doğurur. Sərnişinlərin əksəriyyəti aviabiletlərin digər ölkələrlə müqayisədə baha olmasından şikayətlənir və qiymətlərə yenidən baxılmasını tələb edirlər.
Xüsusilə, quru sərhədlərinin bağlı olmasını nəzərə alsaq, AZAL-ın bilet qiymətləri vətəndaşlar üçün əməlli-başlı problemə çevrilib.
Modern.az mövzunun aktuallığını nəzərə alaraq, AZAL-ın "əl yandıran" qiymətlərini araşdırıb.
İyun ayının 15-i və ondan sonra ən yaxın tarixə olan aviareyslər üzrə ekonom klass yerlərin qiymətlərini təqdim edirik:
Bakı – Ankara – 298,27 AZN
Bakı – İstanbul – 429,55 AZN
Bakı – Aktau – 190,32 AZN
Bakı – Moskva – 692,24 AZN
Bakı – Tbilisi – 225,97 AZN
Bakı – London – 483,78 AZN
Bakı – Berlin – 459,08 AZN
Bakı – Milan – 482,58 AZN
Bakı – Praqa – 515,23 AZN
Bakı – Minsk – 710,31 AZN
Bakı – Dubay – 344,11 AZN
Bakı – Daşkənd – 341,71 AZN
Qeyd edək ki, qiymətlər bir istiqamət üzrə nəzərdə tutulub.
Göründüyü kimi, aviabiletlərin qiyməti kifayət qədər yüksəkdir və heç də hamının büdcəsinə uyğun deyil. Xarici ölkələrə səfərə hazırlaşan vətəndaşlar qiymətlərin azaldılmasını təklif etsələr də, hələ müsbət nəticə əldə olunmayıb.
AZAL biletləri neçəyə satır? - “Əl yandıran” QİYMƏTLƏR
13
iyun
18:25

Qarabağ
KOMMENTLƏR
Azərbaycanın hava məkanında UÇAN QİYMƏTLƏR - AZAL-ın İNHİSARÇILIĞI
AZAL endirimli qiymətlərlə aviabiletlərin satışına başladı
AZAL-ın bu addımı da FIRILDAQDIR? - İDDİA
“AZAL pul qazansın deyə, bütün əhali əziyyət çəkməli deyil” - Etiraz
AZAL-ın çökən xidmət şəbəkəsi: Qurum milyonları hara xərcləyir?
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA