“AZAL pul qazanacaq deyə bütün əhali əziyyət çəkməli deyil”.
Bunu Yenisabah.az-a açıqlamasında Milli Dirçəliş Partiyasının (MDP) sədri Fərəc Quliyev deyib.
O, Naxçıvan ərazisindən Azərbaycana giriş-çıxışın qapadılmasına münasibət bildirib.
Xatırladaq ki, bu qərardan sonra yeganə səyahət imkanı yalnız AZAL təyyarələrinin istifadəsi ilə mümkündür.
MDP rəhbəri bu addımın düzgün olmadığını dilə gətirib:
“Qonşu ölkələrdəki aviaşirkətlərin bilet qiymətlərini AZAL-ın aviabiletləri ilə müqayisə etsək görərik ki, çox fantastik fərq var. Biletlər çox baha satılır. Ağır şəraitdə yaşayan xalqımız üçün AZAL-ın qoyduğu qiymətlər uyğunsuzdur.
Naxçıvan demək olar ki, blokadada olan bir yerdir. Muxtar Respublika ərazisində quru sərhədlərin bağlanmasında heç bir məntiq yoxdur. Bu, AZAL-ın daha çox qazanması üçün planlanlaşdırılmış bir addımdır”.
Fərəc Quliyev əlavə edib:
“İstər tələbə olsun, istərsə də digər vətəndaş, xarici ölkələrə getmək daha ucuz başa gəlsin deyə, hamı Naxçıvandan istifadə edirdi. AZAL vətəndaşlarımızın belə vəziyyətində reysləri artırmaq, biletləri daha ucuz etmə əvəzinə, əksini edir. Dövlət vətəndaşın məmnunluğunu təmin etməlidir, ona çətinlik yaratmamalıdır. Büdcədən maliyyələşən AZAL pul qazansın deyə, bütün əhali əziyyət çəkməli deyil.
Qazancın nəyə xərcləndiyi də müəmmalı olaraq qalır. Quru sərhədləri açmaq, biletlərin qiymətin aşağı salıb reyslərin sayını artırmaq lazımdır”.
“AZAL pul qazansın deyə, bütün əhali əziyyət çəkməli deyil” - Etiraz
05
iyul
15:09

Qarabağ
KOMMENTLƏR
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA
- Bu qurumun 1.2 milyonluq tenderi ləğv olundu
- Parkinq 5 manat oldu
- “Azpulmat” – sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
- “Zeytun” dərman vasitəsini satış qiymətindən baha satıb
- Türkiyə danışıqların yeni raundunu gözləyir
- Ərdoğan yenidən sədr seçilən Kurtulmuşu qəbul etdi
- Lavrov Şahbaz Şərifin köməkçisi ilə görüşdü