Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin ailə üzvlərinə məxsus olan şirkətlər dövlət büdcəsinə olan vergi öhdəliyini vaxtında ödəməyiblər.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, sabiq mədəniyyət nazirinin qızı Suad Qarayevanın (Maleki) adının baş hərflərindən götürülən “SQ-Future” MMC-nin (VÖEN - 1700495641) dövlət büdcəsinə 5 min 297 manat 83 qəpik vergi borcu var.
“SQ-Future” MMC-nin qeydiyyatda olduğu Müslüm Maqomayev küçəsi, ev 22 ünvanında sabiq nazirin həyat yoldaşı Lalə Tofiq qızı Kazımovanın (Azərbaycan SSR xalq artisti, rejissor Tofiq Kazımovun qızı) direktor olduğu “Yol+İlk Elmi-Populyar Dərgi Redaksiyası” MMC-də (VÖEN – 1700567661) dövlət qeydiyyatına alınıb. Bu şirkətin də hazırda dövlət büdcəsinə 2 min 28 manat 51 qəpik borcu var.
Bunlardan başqa sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəs, Lalə (həyat yoldaşı) və Suad (qızı)) götürülən “GALS” MMC-nin də (VÖEN - 1701354961 ) 512 manat 51 qəpik vergi borcu var.
Məlumat üçün bildirək ki, “GALS” MMC 2012-ci ildə Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, ev 19 ünvanında təsis olunub. Bir il sonra – 2013-cü ildə Moskva şəhəri, Tatarskaya küçəsi 7 ünvanında Əbülfəs Qarayevin qızı Suad Qarayeva (Maleki) tərəfindən “GALS” adlı şirkət də təsis olunub.
Sabiq nazirin ailə üzvləri borclarını vaxtında ödəmir
15
iyun
16:41

Qarabağ
KOMMENTLƏR
Əbülfəs Qarayevə məxsus şirkətlər vergilərini vaxtında ödəməyib - MƏBLƏĞ
Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri AÇIQLANDI – Moskvada...
Keçmiş nazirin qızının biznesi çökür - FOTO
Sabiq nazirin xanımının vergi borcu üzə çıxdı
Abid Şərifovun ailə üzvlərinə aid şirkətlərin 100 minlərlə vergi borcu var - Siyahı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat