“9 kilometrlik yolun əlində qalmışıq. Qonşu kəndlər olan Qımılqışlağın, Uzunobanın yolları dəfələrlə təmir olunub, bizə çatanda deyirlər, pul yoxdur”. DİA.AZ xəbər verir ki, bunu Xaçmazın Çaykənarı (keçmiş Alekseyevka) kəndinin sakinləri deyir. Onların sözlərinə görə, 30 ildən çoxdur ki, yolların təmiri üçün aidiyyəti üzrə qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.
Kənd sakini Zahirə Abbasova: “Kəndin 2 mindən çox əhalisi var. 2 min nəfər hazırda yolsuzluqdan əziyyət çəkir. 9 kilometrlik yolu təmir etmək hökumət üçün çətin iş deyil, ancaq o yolu gedib-gəlmək bizim üçün məşəqqətdir. Şimal rayonudur, tez-tez yağış yağır, uşaqlar məktəbə gedib-gələndə su ilə dolu çuxurlara düşür, əl-ayaqları qırılır”.
Deyir, kəndin yolları sakinləri qonaq yanında da üzü qara edir: “Kənardan adam gəlmək istəmir bu kəndə… Qonaq gəlir, maşını yollarda çala-çuxura düşüb qırılır, gələn qonağın yanında pərt vəziyyətdə qalırsan… Əvvəllər ictimai nəqliyyat işləyirdi, indi o da yoxdur. Təcili yardım əsas yola kimi gəlir, ordan zəng vurub deyir, gəlin məni götürün. Təcili yardım maşınını kəndin içərisinə sürmürlər”.
Yağışlı günlərdə əziyyət birə beş artır. Belə havalarda sakinlər su ilə dolu çuxurlara düşməmək üçün kilometrlərlə yolu uzatmalı olurlar, Qubadan dolanıb keçməklə Çaykənarıya – evlərinə gəlib çatırlar.
Elsevər Qurbanov: “Kəndin yolları sonuncu dəfə 40 il əvvəl təmir olunub. Sonralar vaxtaşırı özümüz çınqıl, daş alıb tökməklə, necə deyərlər, yolları “yola vermişik”. Ancaq belə olmur, bu yollar əsaslı təmir olunmalıdır. Cəmi 9 kilometrdir. Qonşu kəndlərin yollarına üst-üstə asfalt döşəməyə pul tapılır, bizim kəndə çatanda deyirlər, pul yoxdur. Çünki o kəndlərdə bir az imkanlı, əli hər yerə çatan adamlar var, bizdə o adamlardan yoxdur”.
Xaçmazda sakinləri düşünən yoxdur... - GİLEY
16
iyun
11:15

Qarabağ
KOMMENTLƏR
5 villalı icra başçısı və KƏDƏRLİ KÜDÜRLÜ... - NARAZILIQ VAR!
“Kəndin məktəbliləri kor-koranə yaşayır” - GİLEY
Masallının bərbad yolları: “Təcili yardım belə bura gələ bilmir” - VİDEO
Dəfələrlə icra hakimiyyətinə müraciət etsələr də... - GİLEY
"Elnur Rzayev icra başçısı təyin olunandan sonra..." - GİLEY
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat