“ABŞ-da Alexey Navalnının zəhərlənməsinə dair heç bir dəlil yoxdur və hələ nə baş verdiyini dəqiq bilmirik”.
APA TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp deyib.
ABŞ lideri əlavə edib ki, nə baş verdiyini dəqiq bilmir: “Düşünürəm ki, bu bir faciədir, bu dəhşətlidir, bu olmamalıdır. Hələ heç bir dəlilimiz yoxdur, amma araşdıracağam”.
Tramp Navalnının həqiqətən də zəhərləndiyi ortaya çıxarsa, çox qəzəblənəcəyini bildirib: Verilən məlumatları və sənədləri araşdıracağıq, çünki yaxın bir neçə gün ərzində bizə çoxlu sənəd göndəriləcək”.
O, həmçinin, ABŞ rəsmilərinin Navalnı ilə bağlı Almaniyanın gəldiyi nəticələri də şübhə altına almadığını söyləyib: "Xeyr. Almaniyanın nəticələrinin qəti olduğunu eşitdim. Lakin onları hələ görməmişik”.
Xatırladaq ki, çərşənbə günü Almaniya hökuməti “Bundesver” institunun toksikoloqlarının Navalnının analizlərinin nəticələrinə əsasən, onun “Noviçok” qrupundan olan kimyəvi maddə ilə zəhərləndiyi barədə açıqlama verib.
Tramp Navalnının zəhərlənməsi ilə bağlı vəziyyəti şərh edib
05
sentyabr
09:12

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat