Səhiyyə Nazirliyi Azərbaycana meymunçiçəyi testlərinin gətirilməsi ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir:
"Azərbaycana meymunçiçəyi test dəstləri gətirilib. Son zamanlar əsasən Afrika ölkələrində endemik olan meymunçiçəyi xəstəliyi hallarına digər ölkələrdə də rast gəlməsi bu xəstəliyin yayılma təhlükəsini gündəmə gətirib. Bununla əlaqədar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sözügedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-ə müraciət edib. Müraciətin nəticəsi olaraq, ÜST tərəfindən 3 min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib. Beləliklə, Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur. Şübhəli hallar müəyyən edildikdə, xəstəliyin laborator təsdiqi mütləq şərt olacaq".
Səhiyyə Nazirliyi: "Azərbaycanda meymunçiçəyinin diaqnostikası üçün bütün imkanlar mövcuddur"
05
iyul
11:46

Qarabağ
KOMMENTLƏR
Azərbaycana meymunçiçəyi testləri gətiriləcək
“Əgər meymunçiçəyinin daşıyıcısı olan şəxs asqırar və ya öskürərsə...“ - Həkimdən xəbərdarlıq
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınıb? - Nazirlikdən açıqlama
ÜST meymunçiçəyi virusunun adını dəyişəcək
Səhiyyə nazirindən meymunçiçəyi ilə bağlı AÇIQLAMA
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat