“Əgər meymunçiçəyinin daşıyıcısı olan şəxs asqırar və ya öskürərsə, xəstəliyə yoluxma riski böyükdür”.
Bunu Yenisabah.az-a açıqlamasında həkim-infeksionist Mərdan Əliyev deyib.
O, gündəmdə olan meymunçiçəyi xəstəliyinin bir çox ölkədə, o cümlədən qonşu Gürcüstanda qeydə alınmasını xatırladıb.
“Azərbaycanda meymunçiçəyinə yoluxma halına hələ ki rast gəlinməyib. Amma o, koronavirus kimi deyil. Yaxın məsafəli əlaqə ilə yoluxur”, - deyə Mərdan Əliyev qeyd edib.
Həkimin sözlərinə görə, əgər meymunçiçəyinin daşıyıcısı olan şəxs asqırar və ya öskürərsə, xəstəliyə yoluxma riski böyükdür.
Mərdan Əliyev bildirib ki, Gürcüstanda 1 nəfərdə bu xəstəliyin tapılması meymunçiçəyinin sürətlə yayılması və yoluxanların qısa müddətdə sayca artması mənası vermir:
“Xəstəlik aşkarlanan şəxs Gürcüstana Avropadan turist kimi daxil olmuşdu. Bu xəstəliyin aşkarlandığı Avropa ölkələrinə gedənlər ehtiyatlı davranmalıdır. İlk növbədə, meymunçiçəyinin yayılmaması üçün yoluxma aşkarlanan ölkələrdən gələn turistlər yoxlanmalıdır.
Meymunçiçəyi assimptomatik xəstəlikdir, yəni yoluxduğunuz andan etibarən əlamətlərinin hiss olunub. Yoluxan xəstədə halsızlıq, qızdırma, dəri səpkisi simptomları görünür və kənardan bunu seçməmək mümkün deyil”.
Həkim-infeksionist qeyd edib ki, hazırda xaricdən Azərbaycana gələn turistləri testdən keçirmək üçün meymunçiçəyi testləri gətirilir.
“Əgər meymunçiçəyinin daşıyıcısı olan şəxs asqırar və ya öskürərsə...“ - Həkimdən xəbərdarlıq
20
iyun
15:15

Qarabağ
KOMMENTLƏR
Yaşı 40-dan yuxarı olan şəxslər üçün meymunçiçəyinin qorxusu yoxdur - RƏSMİ
Meymunçiçəyi dünyada süni yayılır? - Həkimdən Açıqlama
Meymunçiçəyi koronavirus kimi qapanmaya səbəb ola bilər? - Həkimdən açıqlama
ÜST: "Meymunçiçəyinin geniş yayılma riski azdır"
Maska və COVID pasportunun ləğvi - İnfeksionist: "Bu, Azərbaycanda da gözlənilir"
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat