"Xidmətlər Zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin siyahısı genişlənib".
Bunu Agentliyin Marketinq və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib. 
O qeyd edib ki, hazırda müqaviləli tibb müəssisələrinin sayı 69-a çatıb: "Müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir".
скачать dle 12.1