Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Gülər Azər qızı Paşayevanı qurumun baş direktoru vəzifəsinə təyin edib.
Gülər Paşayeva Mərkəzi bankda ötən ayın əvvəlindən işləyir. Daha əvvəl  “PAŞA Bank” ASC-də işləyib. Əmək fəaliyyətinə 2011-ci ildə kassir vəzifəsindən başlayıb, 2012-ci ilin yanvar-avqust aylarında Bankın Korporativ sənədlərlə İş və protokol təminatı departamentinin icraçısı, 2012-2013-cü illərdə Hüquq və təşkilati işlər departamentinin Korporativ katiblik şöbəsinin kolleqial orqanlarla iş üzrə koordinatoru, 2013-2015-ci illərdə həmin departamentin Hüquq şöbəsinin məsləhətçisi, 2015-2021-ci illərdə Korporativ Katiblik şöbəsinin rəhbəri, 2021-2022-ci illərdə Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru vəzifələrində çalışıb, bu il iyunun 1-dən isə AMB-nin komandasına qoşulub, sədrin müşaviri olub.
скачать dle 12.1