Biz yarmarkalarda məktəbli paltarı satmırıq. Belə bir təcrübəmiz yoxdur. Çünki özümüzün satış mağazalarımız var.
Bunu Axar.az-a Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov məktəbli formalarının satışı ilə bağlı yarmarkaların təşkili barədə danışarkən deyib. BTE-nin satış müdiri onu da əlavə edib ki, hazırda satış elə də çox deyil:
“Məkəblərin açılması ilə bağlı qərar avqustun 29-da verildi. Ona görə də valideynlər bir az qorxa-qorxa gəlir. Elə bu səbəbdən əvvəlki dövrlərlə müqayisədə satış zəifdir”.
Etibar Əzimovun sözlərinə görə, hazırda BTE-nin altı mağazası alıcıların xidmətindədir:
“Cəmi 9 mağazamız var, 3-ü işləmir. Onlardan biri mollardakı mağazalarımızdır, karantinə görə hələ də fəaliyyət göstərmir. AMAY-dakı mağazamız da elə bu səbəbdən bağlıdır. Karantinə görə bağlı qalan satış mərkəzimizin biri də Bakı Beynəlxalq Avtovağzalındakı mağazamızdır. Satış fəaliyyəti göstərənlər isə Bakı Tikiş Evinin nəzdindəki mağazalardır”.
BTE rəsmisi bildirib ki, məktəbli geyimlərinin qiymətlərində də elə dəyişiklik yoxdur:
“2017-ci ildəki qiymətlərdir. 40 manat aşağı siniflərin, 46 manat isə yuxarı siniflərin kostyumlarıdır. Köynəklər isə 8 manatdır”.
Məktəbli formalarını hardan alaq? - AKTUAL
09
sentyabr
11:14

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat