Bu gün Xalq artisti Fəxrəddin Manafovun ad günüdür. Kulis.az bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edir.
Manafov Fəxrəddin Manaf oğlu 2 avqust, 1955-ci ildə Xankəndidə çoxuşaqlı ailədə anadan olub. Bir müddət sonra isə ailə Bakıya köçüb. Uşaqlıqdan futbola böyük marağı olub. Çox yaxşı futbol oynayırmış. Hətta yaxın adamlar, ailə üzvləri onun gələcəkdə futbolçu olacağını düşünürmüşlər.скачать dle 12.1