“Hakim vəkilimə iddianın əsassız olması barədə heç bir məlumat verməyib. Hələ ki qərarı almamışıq. Qərarla tanış olduqdan sonra apellyasiyasiya şikayəti veriləcək”.
Bunu Yenisabah.az-a açıqlamasında müğənni Afət Fərmanqızı deyib.
O və jurnalist Ülviyyə Alovlunun Xalq artistinə qarşı şikayətləri əsassız hesab edilərək icraata qəbul edilməyib.
A. Fərmanqızı Nəsimi Rayon Məhkəməsinin bu qərarına münasibət bildirib:
“İddialar əsassız olsaydı, vəkilimə bu barədə bildirilərdi. Flora Kərimovanın haqqımda Binəqədi Rayonu Məhkəməsinə şikayəti isə tamamilə əsassız idi. Çünki mən ad çəkməmişdim.
Bundan başqa, Binəqədi Rayonu Məhkəməsində iddia müddətinin bitməsi də daxil, 5-6 maddə pozuntusuyla iş icraata götürülüb. Bəs, o niyə əsasız olmur?! Mənim şikayətimdə isə Flora Kərimova ad çəkərək bir çox məslələrdə böhtan atıb. Biyə bu iddiası əssasız hesab olunmur?!
Mən hazırda Tovuz rayonunda qeydiyyatdayam. Ülviyyə Alovlu da Binəqədi yox, Yasamal rayonunda qeydiuyyatdadır. Flora Kərimova ona qarşı da Binəqədi rayonunda şikayət ərizəsi verib. Bu qadın kimi tutdurmaq istəyirsə, Binəqədi Rayonu Məhkəməsinə müraciət edir. Səbəbi nədir?!”.
Xatırladaq ki, həm jurnalist Ülviyyə Alovlu, həm də müğənni Afət Fərmanqızı şikayət ərizələrində Flora Kərimovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə mühakimə olunmasını istəyib.
Afət Fərmanqızından cavabsız sual: “Niyə Flora Kərimova Binəqədi məhkəməsinə müraciət edir?”
09
avqust
13:09

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat