Bu gündən Moskva sakinlərinin koronavirus əleyhinə peyvəndləşməsinə başlanılıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə paytaxt merinin sosial inkişaf məsələləri üzrə müavini Anastasiya Rakova bildirib.
"Bu gün təkcə paytaxt Moskva üçün deyil, bütün ölkə üçün önəmli gündür. Moskvanın birinci sakinlərinin COVID-19 əleyhinə peyvəndləşməsinə start verilib. Bu, bizə peyvəndin hər kəs üçün əlçaatan olacağı anı yaxınlaşdırmağa imkan verir", - deyə Rakova vurğulayıb.
Onun sözlərinə görə, ilkin olaraq peyvənd olunmaq üçün 40 min paytaxt sakini dəvət olunub. Onlara əvvəl peyvəndin birinci komponenti, 21 gün sonra isə ikinci komponenti vurulacaq.
Qeyd edək ki, Rusiyada koronavirus əleyhinə peyvənd pulsuzdur.
Moskva sakinlərinin koronavirus əleyhinə peyvənd edilməsinə başlanılıb
09
sentyabr
15:26

Qarabağ
KOMMENTLƏR
Azərbaycanlı alim koronavirusun dərmanını tapdı
Rusiyanın virusa qarşı peyvəndi hamilə qadınlar üçün təhlükəlidirmi?
TƏBİB: Peyvənd istehsal edən ölkələr və təşkilatlarla ikitərəfli danışıqlar aparılır
Vəzifəli şəxsin üzərində koronavirusa qarşı peyvənd sınağı keçirildi
Rusiyada koronavirusa qarşı peyvəndin istehsalına başlanılıb
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat