Efirlərdə tez-tez fəхrlə çoх baha qiymətə getdiyi toyların qiymətlərini açıqlayan müğənnilərin etiraflarını eşidirik. Lakin şou-biznesin bəzi üzvləri tam başqa fikirdədirlər. Onlar toylara elə də baha qiymətlərə getmir, toy sahibinin maddi durumunu, hətta pulsuz getdiyi toyların olduğunu söyləyirlər. Bəziləri isə sovet dönəmində bu cür halların olmadığını iddia edir.
Bəs, görəsən sənətçilər toy sahibinin maddi imkanını mütləq nəzərə almalıdır, yoxsa öncədən konkret qiymət deməlidir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan korifey sənətkar Akif İslamzadə Sovet dönəmi ilə indiki durumu müqayisə etməyin yersiz olduğunu bildirib:
“Bilirsiniz, bizim toylarda oxuduğumuz dövrlə indiki dövr arasında fərq çoxdur. O dövrün bazarı başqa idi, bunu müasir dövrlə müqayisə etməyə belə dəyməz.
Müğənnilər bu gün toylara getməsə, yamaqlı şalvarda gəzərlər. Buna etiraz edənlər müğənnilərə hansı alternativi təklif edirlər? Biz özümüz də Sovet dönəmində el şənliklərinə getməsəydik, cırıq paltarlarda gəzərdik.
Sovetin dönəmində də toy məclislərinə dəvət alanda öncədən qiymət danışırdıq. Bu indi də belədir, hər müğənninin öz qiyməti var. Bəs, bu müğənnilər pulu hardan qazanmalıdırlar?!”
Sənətçinin sözlərinə görə hər müğənninin özünə qoyduğu müəyyən qiymət var və buna etiraz etmək düzgün yanaşma deyil:
“Müğənnilərin toy qiymətlərinə etiraz etmək əvəzinə rüşvətxorluğa, bahalaşmaya etiraz etmək lazımdır.
O gün şirniyyat mağazasına girmişəm, dəhşətə gəldim. Görün, iş nə yerə çatıb ki, şirniyyatı qoyduqları sellofana görə də ayrıca pul alırlar. Həmişə haqqı tapdalanan zümrə musiqiçilər olub. Hər müğənninin öz məzənnəsi var, biri 2 minə getdiyi halda digəri 5-10 minə gedə bilir, hətta 20 minə gedənlər də var. Burada etiraz ediləsi nə var axı?!”.
“Müğənnilər toylara getməsə, yamaqlı şalvarda gəzərlər” – Akif İslamzadə
13
avqust
20:26

Qarabağ
KOMMENTLƏR
“Manaf, sən kimsən axı?! Kənddə “Zaporojets“ sürürdün...“ - Qalmaqal
Açıq havada toylara hazırlıq başladı - Qiymətlər belə olacaq
Səməd Səmədov müğənnilərdən danışdı: “Hamısı acından ölür“
Azərbaycanda toylar belə keçiriləcək - Açıq hava, 80 qonaq...
İyun ayında müəyyən məhdudiyyətlərlə toylara icazə veriləcək? — RƏSMİ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat