Xalq artisti Bilal Əliyev son günlər gündəm olan “TikTok” videolarına görə haqqında danışılanlara münasibət bildirib.
Mövzu ilə bağlı danışan sənətçi sosial şəbəkə və saytlarda onu gülüş obyektinə çevirənləri məhkəmə ilə hədələyib:
“Mən "TikTok"a ona görə gəldim ki, xalqımla əlaqəm, ünsiyyətim olsun. Vallah, mən hələ də bilmirəm ki, “TikTok”dan pulu necə qazanırlar. Sənətimlə pul qazanıram. KİV-lərdə, sosial şəbəkələrdə məni bəzən təhqir edirlər. Onların hamısını məhkəməyə verəcəyəm, mən saytlara açıqlama verəndə şərt qoyuram ki, şərh yerlərini bağlasınlar. Əgər bu açıqlamaları kimsə götürüb, paylaşırsa, onları məhkəməyə verəcəm. Bu şərtimə kimlər əməl edirsə, onların hər suallarına cavab verirəm”.
B.Əliyev sənətçiləri “TikTok”a girdiklərinə görə tənqid edənlərlə razılaşmayıb:
“Məgər müğənni adam deyil?! O da insanlarla əlaqə qurmaq istəyir. Mən “TikTok”a girməsəydim heç vaxt bilməzdim ki, orada nə qədər biədəb hərəkət edənlər var. Bu dərəcədə olmaz axı... Ora camaatın ailəsi baxır. Əgər mən “TikTok”dan pul qazansam, onu yan-yörəmdəki kasıb adamlara verərəm. Mənim həmin pula ehtiyacım yoxdur. Bir gecəlik qazancım ən azından mənə bir ay bəs edir. Nəyimə lazımdır ki, hansısa sosial şəbəkədən pul qazanam? Bir ildən sonra gedib “TikTok” balansımı yoxlatdıraram, əgər pul olsa, ehtiyacı olan, kasıb adamlara verərəm. Guya bir ildə nə qədər pul yığılacaq ki? Maksimum olsun, 500 manat. Mənim o pula ehtiyacım yoxdur".
Bilal Əliyevdən onu “TikTok”a görə təhqir edənlərə: “Hamısını məhkəməyə verəcəyəm”
16
avqust
12:53

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat