“Sovet vaxtı məcburi təyinat var idi. Hesab edirəm ki, dövlət ali məktəbi qurtaranlara güzəştə getsin və təyinatları məcburi olsun”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.
O, Bakı Nəqliyyat Agentliyini (BNA) sərt tənqid edib: “Mən də taksilərin fəaliyyətində qayda-qanunun yaradılmasına tərəfdaram. Amma hamımız bilirik ki, bunun axırı hara gedir. BNA-nın əməkdaşları niyə şəkil çəkib qaçır? Gəlib izah etsinlər ki, burada saxlama, orada saxla. Daha niyə şəkil çəkən kimi qaçırlar? Təklif edirəm ki, harada dayanma-durma qadağandırsa, yazsınlar ki, burada 5, 10 dəqiqə durmaq olmaz. Mən sürücümdən soruşdum ki, il ərzində nə qədər cərimə yığılıb. Mən cərimənin məbləğini burada açıqlamaq istəmirəm, amma böyük bir rəqəm idi. Dedim ki, get ödə. BNA-ın mühüm şəxslərini dəvət edək və soruşaq ki, cərimələrdən yığılan pullar hara gedir?”.(Report)
Deputat BNA-nın yazdığı böyük məbləğli cərimədən narazıdır
10
sentyabr
12:39

Qarabağ
KOMMENTLƏR
Tibb Universitetinin tələbələri təhsil haqqından azad edilsin - TƏKLİF
“Azərbaycanda Azərbaycan dilindən başqa bütün dillərdə reklam var” - ETİRAZ
Prezidentin yeni yaratdığı Şura hansı işi görəcək? - Deputat
Məmurlardan aşkarlanan milyonlar büdcəyə verilsin – Deputatdan TƏKLİF
"Statistika Komitəsinin sədri bazara gedir ya yox?"
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər