“Atam 2000-ci illərin əvvəllərində Azərbaycana gəlib. Burada qısa müddət qalmasına baxmayaraq, Azərbaycanı çox sevir, çox bəyənir. O vaxtlar atam həm də Suadanın atası ilə tanış olub. ABŞ-a, Los-Ancelesə qayıdanda atam məni ofisinə çağırdı və dedi ki, Azərbaycan adlı bir ölkəyə səfər etmişdim. Çox gözəl ölkədir və parlaq gələcəyi olacaq. Dedi ki, o ölkənin insanları çox mehribandır, mədəniyyəti çox zəngindir. Bilmirəm bunu niyə dedi, amma dedi ki, sən gələcəkdə mütləq Azərbaycandan olan bir xanımla evlən”.
Bu sözləri məşhur aktyor Jan Klod Van Dammın oğlu Kristofer Van Dam Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızına verdiyi müsahibə zamanı deyib.
O hazırkı azərbaycanlı həyat yoldaşı Suada Hacızadə ilə neə tanış olmasından da danışıb:
“Atam bunları deyəndə başqa xanımla münasibətlərim var idi, ona görə etiraz etdim. Dedim ki, yox, bu mümkün deyil. İllər sonra Suada ilə “İnstagram”da tanış oldum. Azərbaycan adını görən kimi atamın sözləri yadıma düşdü. Suada ilə düz 4 il “İnstagram”da danışdıq və yaxın dosta çevrildik. Zamanla isə bir-birimizə aşiq olduq.
Atam “Facebook”da və digər sosial şəbəkələrdə canlı yayıma qoşulurdu. Bir dəfə Yeni ildə o, 100 min izləyicinin iştirakı ilə canlı yayımda olanda ekranda onun adını görür və oxumağa başlayır: Suada Hacızadə. Amma Suadanın kim olduğu, həmin tanışının qızı olduğu ağlına belə gəlməzdi. Suadanı Yeni il münasibətilə təbrik edir və Suada da həmin videonu yazıb saxlayır”.
“Atam dedi ki, mütləq azərbaycanlı bir xanımla evlən” - Van Dammın oğlu
07
sentyabr
11:18

Qarabağ
KOMMENTLƏR
Van Dammın oğlu nənə və babası ilə foto paylaşıb, azərbaycanlı arvadına təşəkkür etdi - FOTO
Van Dammın oğlundan azərbaycanlı həyat yoldaşına: "Hələ də inana bilmirəm..." - FOTO/VİDEO
Van Dammın oğlu azərbaycanlı xanımına səsləndi: “Nə zaman geri dönürsən?”
Van Dammın oğlunun azərbaycanlı həyat yoldaşı ilə yeni FOTOsu
Van Dammın azərbaycanlı qızla evlənən oğlu müharibə vaxtı ölkəmizi dəstəkləyib - FOTO
- Türkiyə danışıqların yeni raundunu gözləyir
- Ərdoğan yenidən sədr seçilən Kurtulmuşu qəbul etdi
- Lavrov Şahbaz Şərifin köməkçisi ilə görüşdü
- Zelenski yeni komandanlar təyin etdi
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı