“Qaz çəkilişi ilə bağlı müəyyən texniki şərtlərin tarifləri çoxdur. Masallıda seçicilər deyir ki, bir qaz çəkilməsi üçün 16400 manat tarif qoyulub. Halbuki heç o evin qiyməti 5000 manat deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Məşhur Məmmədov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. O bildirib ki, qaz çəkilişi dövlət tərəfindən edilir, yaxud kimsə bunun üçün ASAN Xidmətə müraciət edir: “Ancaq texniki şərt üçün tarif qiymətləri yüksəkdir. Mən bununla bağlı “Azəriqaz”a bir neçə dəfə müraciət etmişəm.
Həmçinin pandemiya dövrüdür. Rabitə xidmətləri ilə problem var. Uşaqlar demək olar ki, təhsildən kənar qalır. 3 aydır hər iki məsələylə bağlı qurumlara yazdığım məktuba nöqtə dəyişmədən eyni cavabı almışam. Məktubların heç birində dəqiq informasiya yoxdur. Bu da insanları dövlətçilikdən narazı salır. “Azəriqaz”la bağlı tariflərin dəyişilməsinə ciddi şəkildə nail olmalıyıq”.
M. Məmmədov həmçinin çıxışında rayonlarda ciddi şəkildə həkim kadrlarına ehtiyac olduğunu vurğulayıb: “Demək olar ki həkimlərin çoxu 60 yaşını keçib. İndi onların yerinə gələcək kadr yoxdur. Demək olar ki, ginekoloqlar yoxdur. Mən təklif edirəm ki, Tibb Universitetində təhsil pulsuz olsun ki, tələbələr bitirdikdən sonra rayonlara geri qayıdıb işləsin”.
“Qiyməti 5000 olmayan evin qazı üçün 16400 AZN tarif qoyulub”
10
sentyabr
13:43

Qarabağ
KOMMENTLƏR
Tibb Universitetinin tələbələri təhsil haqqından azad edilsin - TƏKLİF
Avtobuslarda gediş haqqı artırılır? – Tarif Şurası açıqladı
Gediş haqqının artırılacağı xəbəri haqda – Rəsmi açıqlama
"Statistika Komitəsinin sədri bazara gedir ya yox?"
11 min 200-dən çox dərmanın qiymətini dövlət tənzimləyəcək - Tarif Şurasının qərarı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat