Düşmən təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən bir neçəsi nişanlı olub.
Həmin şəhidlərimizdən biri bu gün Zaqatalada dəfn olunan Xüsusi Təyinatlı Qüvvələrin zabiti, 1999-cu il təvəllüdlü leytenant Sərxan Mübariz oğlu Ömərovdur.
23 yaşlı S.Ömərov iki bacının yeganə qardaşı idi.
Digər nişanlı olan şəhidimiz 1992-ci il təvvəllüdlü Səid Həsənovdur. Cəlilabad rayonunun Əsədli kənd sakini olan şəhidimiz doğulduğu kənddə dəfn edilib.
Xüsusi Təyinatlı Qüvvələrin giziri Səid Həsənov 44 günlük Vətən müharibəsində də böyük şücaət göstərib və "Döyüşdə fərqlənməyə görə", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə " medalları ilə təltif edilib.
Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan nişanlı hərbçilərimizdən biri də Elşən Babazadədir.
Dövlət Sərhəd Xidmətinin kiçik giziri, 1996-cı il təvəllüdlü Elşən Sahib oğlu Babazadə ötən gün doğulub boya-başa çatdığı Qəbələ rayonun Mıxlıqovaq kəndində torpağa tapşırılıb. 26 yaşlı gizirimiz iki bacının yeganə qardaşı idi.
Nişanlı olan şəhid hərbçilərimiz
14
sentyabr
15:30

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat