Bu ilin oktyabr ayında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı bölmələrinin birgə təlimi keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə Gürcüstan Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili arasında sentyabrın 28-də Tbilisidə keçirilən görüşdə təlimlərə hazırlıq məsələləri müzakirə olunub.
Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə cari ilin oktyabr ayında keçiriləcək "Qafqaz Qartalı-2022” xüsusi təyinatlı bölmələrin birgə təliminə hazırlıq, həmçinin gələn il ərzində keçirilməsi nəzərdə tutulan "Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi və "Qafqaz Qartalı-2023” birgə təliminin yüksək səviyyədə təşkili barədə müzakirələr aparılıb. Bildirilib ki, birgə hərbi təlimlər ordularımız arasında qarşılıqlı uzlaşma və döyüş hazırlığı səviyyəsinin artırılması, habelə təcrübə mübadiləsinin aparılmasına geniş imkanlar yaradır.
Oktyabrda Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçiriləcək
28
sentyabr
19:02

Qarabağ
KOMMENTLƏR
Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təlim keçirəcək
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının təlimi keçiriləcək
Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin təlimlərindən FOTOLAR
Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başlayıb
Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı təlimləri KEÇİRİLƏCƏK
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat