Bakının 286 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Alkişiyeva Əsmayə İmani qızı dünyasını dəyişib.
Oxu.Az-a 286 nömrəli tam orta məktəbdən bildirilib ki, Ə.Alkişiyeva uzun sürən xəstəlikdən dünyasını dəyişib:
“O, uzun müddət xəstəlikdən əziyyət çəkirdi. Yanvar ayından xəstəliklə bağlı kağız məktəbə təqdim etmişdi. Xəstəliyinin nə olduğunu bilmirdik, sadəcə, xəstə olduğu qeyd olunmuşdu”.
Məktəb nümayəndəsi onun dünən dünyasını dəyişdiyini qeyd edib:
“Ailəsinin məlumatına görə, dünən dünyasını dəyişib. Yanvar ayından müalicə alırdı. Sonuncu dəfə yanvar ayında məktəbdə olub. Əlaqə saxlayırdıq, müalicə olunduğunu deyirdi. Gümrah, optimist insan idi. Sağalacağına inanırdı. Bütün ailə üzvləri əllərindən gələni edirdilər. Biz də ailəsindən məlumat alırdıq. Övladları bizim məktəbdə oxuyublar. Üç övladı var. Yaşları kiçik deyil. Çox heyif, 61 yaşında dünyadan köçdü”.
Bakıda ibtidai sinif müəllimi vəfat edib
05
oktyabr
12:03

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat