Anti-İslam bir iqtidarın hakim olduğu və müsəlmanlara qarşı mütəmadi təqib, qətliam və repressiyaların törədildiyi Hindistanda polis rəisinin kürsüsündə əyləşmiş hicablı bir qızın zabitlərin əhatəsindəki foto-şəkili hinduist millətçiləri arasında qızğın müzakirələrə və qəzəbə səbəb olub.
Moderator.az “The Print” nəşrinə istinadla xəbər verir ki, Maharaştra əyalətindəki bir polis rəisinin ofisindəki masada mərkəzdə ağ hicablı bir gənc müsəlman xanımın formalı polislərin əhatəsində əyləşməsinin görüntüləndiyi foto-şəkil sosial mediada gündəmə çevrilib.
Bəzi sosial media istifadəçiləri çəkilişin tarixi olduğunu düşünüblər - çünki hazırkı Hindistanda hicablı bir müsəlman qadının polis rəisi olması heç kəsin ağlına sığmır. Radikal hinduistlər başda olmaqla digərləri isə “hakim partiyanın millətçi olduğu bir halda buna necə icazə verilib” kimi suallar yağdırmağa başlayıb.
Faktın araşdırlması zamanı məlum olub ki, polislərin əhatəsindəki bir müsəlman qızın foto-şəkli Buldxana dairəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə çəkilib. Həmin vaxt bölgə rəhbərliyinin təşəbbüsü ilə məktəbli qızların bir günlük vergi və polis məmurları rolunu oynamasına icazə verildiyi bilinib. Və fotonun mərkəzindəki hicablı xanımın yerli məktəbin 14 yaşlı şagirdi Saxriş Kanval olduğu üzə çıxıb.
Sultan Laçın
Polis rəisi kürsüsündə hicablı qızın görüntüləri Hindistanı qarışdırdı...-FOTO
12
sentyabr
08:32

Qarabağ
KOMMENTLƏR
19 aylıq uşaq maska taxmadığı üçün ailəsi təyyarədən endirildi - FOTO
“Atam dedi ki, özünü öldür” - İntihar edən qızın mesajları sosial şəbəkədə gündəm oldu...
Təranə Qumralla Musa Musayevin qızı hicaba keçdi - FOTO
Corc Floydun ölümünə etiraz edən qız uzun saçlarını qırxdı — FOTO
Gəncə, Sumqayıt, Səbail, Yasamal, Xəzər, Nərimanov və İsmayıllıya yeni polis rəisləri təyin edilib
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat