Bərdə sakini İlham Nəsibov özünə qəsd edib.
Dia.az Baku Tv-yə istinadən xəbər verir ki, səhhətində ciddi problemlər olan İ.Nəsibov Qarabağ müharibəsində iştirak edib. Ağrılara və ayağındakı diabetik qanqrenaya dözə bilməyən 63 yaşlı vətəndaş özünü yandırmaq qərarına gəlib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə bildirib ki, İ.Nəsibov avqustun 27-dən xəstəxananın cərrahiyyə şöbəsində müalicə alır:
“Özünün dediyinə görə, nə ev-eşiyi, nə də qalmağa yeri var. Xəstəliyi ayağındakı diabetik qanqrena ilə bağlıdır. Bu gün onun ayağındakı diabetik qanqrenadan kəskin qoxunun gəlməsi 63 yaşlı xəstəni intihara sövq edib”.
İ.Nəsibov özünə qəsdin səbəbini belə izah edib:
“Burada məndən beziblər. Digər xəstələr gəlib deyir ki, ayağından iy gəlir. İstəmirəm kimsə mənim əziyyətimi çəksin, istəmirəm kiməsə zülm verim”.
Həkimlərin köməyi ilə o, yenidən xəstəxanaya gətirilib.
İ.Nəsibova müalicə təyin olunub və bu istiqamətdə profilaktik işlər davam edir. Xəstənin ayaqlarında yanıq xəsarətləri var. Hazırda özünü yaxşı hiss edir.
Özünü yandıran Qarabağ döyüşçüsünün fəryadı: - "İstəmirəm ki, kiməsə zülm verim"
12
sentyabr
09:32

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat