Ağstafa rayonunda 36 yaşlı kişi özünə xəsarət yetirməklə intihara cəhd edib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 36 yaşlı Samir Cəlilov ülgüclə qoluna xəsarət yetirərək damarlarını kəsib.
O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb, müayinə və müalicə edildikdən sonra ambulator müalicəyə göndərilib.
S.Cəlilov bir neçə saatdan sonra xəstəxanya qayıdaraq onu avtomobil vurduğunu deyib. Yenidən müayinə edilən S.Cəlilovun bədənində özünə ülgüclə yetirdiyi xəsarətdən başqa heç bir zədə aşkar olunmayıb. Xəstəxananın növbətçi həkimi polisə məlumat verib. S.Cəlilov polisə yalan ifadə verərək naməlum avtomobil tərəfindən vurulduğunu və sürücünün hadisə yerindən qaçdığını bildirib.
Polis tərəfindən aparılan araşdırmalar nəticəsində həmin şəxsin avtomobilin onu vurması haqda dedikləri öz təsdiqini tapmayıb.
Hazırda onun hansı səbəbdən özünə xəsarət yetirməsi və məsələnin digər təfərrüatı araşdırılır.
Ağstafa sakini intihara cəhd etdi
25
avqust
15:42

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat