"Ən ideal variant odur ki, bütün sahələrdə, həmçinin nəqliyyatda qiymətlər qalxmasın, amma reallıqlar fərqlidir".
Bunu açıqlamasında deputat Elman Nəsirov ictimai nəqliyyatda mümkün qiymət artımına münasibət bildirərkən deyib.
"Reallıqların öz tələbləri var. Qiymət artımı faktiki olaraq ölkəmizə xaricdən idxal olunur. Əgər dünyada neftin və qazın qiyməti qalxırsa, digər sahələrdə də qiymət artımı labüddür. Bunun qarşısını almaq mümkün deyil. Yalnız büdcədən dotasiyalar hesabına müəyyən müddətdə bu qiymət artımının qarşısına məhdudiyyət qoymaq olar.
Təsəvvür edin ki, bu gün Amerika Birləşmiş Ştatlarında inflyasiya 10 faizi ötüb. Bu artıq gərginlik deməkdir. Analoji vəziyyət Fransada, İtaliyada və digər ölkələrdə də müşahidə olunur. Qlobal enerji və ərzaq böhranı bütün ölkələrə təsir edir. Təbii ki, biz də dünyanın tərkib hissəsiyik. Ən gözəli qiymətlərin artmamasıdır, amma elə proseslər var ki, bizdən asılı deyil.
İctimai nəqliyyatda gediş haqqında qiymət artımı qeydə alına bilər. Qiymət artımı elə olmalıdır ki, sərnişinlərin cibinə ciddi təsir etməsin. Yəni onlar hiss etsinlər ki qiymət artımı var, amma bu, insanların dolanışığına təsir göstərməsin.
Qiymət artımı olacağı təqdirdə, növbəti ildən pensiyaların məbləğində də artım olacaq. Həmçinin müəyyən kompensasiya tədbirlərinin də tətbiq olunacağı istinsa deyil. Bir sözlə, Azərbaycan sosial yönümlü dövlətdir", - deyə deputat bildirib.
"Gediş haqqı elə artırılmalıdır ki, sərnişinlərin cibinə təsir etməsin" - Deputat
10
oktyabr
15:17

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat