Xəbər verdiyimiz kimi Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı məhkəmə qərarından apellyasiya şikayəti təmin olunub. Belə ki, məsələyə qadın təşkilatlarının, millət vəkili Adil Əliyevin və medianın qoşulması hadisəni yenidən gündəmə gətirib.
Bakisesi.com bildirir ki, hüquq müdafiəçisi Novella Cəfəroğlu Moderator.az-a açıqlamasında məhkəmənin qərarından nəinki təşkilatların, ümumilikdə cəmiyyətin narazı olduğunu bildirib: “Biz bu məsələnin ictimailəşdirilməsi üçün hərəkətə keçmişik. Əlbəttə, müəllimin bu hadisəyə görə bir il müddətinə azadlıqdan məhrum edilməsi düzgün qərar deyil. Biz elə bilirdik ki, zərərçəkmişin ailəsi ilə bütün bunlar razılaşdırılıb. Hətta ailəsi istəsə belə dövlətin qanunu var. Bundan sonra cəmiyyətdə belə hadisələr baş verərsə, biz nə cavab verəcəyik? Ona görə də hörmətli millət vəkilimiz Adil Əliyevə təşəkkür edirik ki, o, da bizi dəstəkləyir. Bütün qadın təşkilatları bu məsələni qaldırıb və inanırıq ki, bu dəfə haqq öz yerini tapacaq. Lerik məhkəməsi qanuna tabe olmalıdır. Hələ məhkəmənin sədrinin bu haqsız qərara görə istefasını tələb edə bilərik. Burda medianın rolu çox böyükdür, media olmasa, biz kimik ki. Sizlər bu məsələni ictimailəşdirirsiniz, hamınıza təşəkkür edirəm”.
Hüquqşunas Ələsgər Məmmədli isə saytımıza açıqlamasında qərarın cəmiyyəti qane etməsinin vacibliyini vurğuladı:
“Əgər müəllim-şagird münasibətdindən söhbət gedirsə, burda asılılıq məsələsi var. Asılılıq da cəzanı artıracaq məqamlardandır. Ayrıca yetkinlik yaşına çatmayan biriylə cinsi əlaqədə olmaq və sair məsələlər gərək istintaqda ciddi şəkildə araşdırılsın və bu çərçivədə işə baxılsın. Ona görə düşünürəm ki, cəza adekvat deyildi və bu baxımdan işin bütün predmentləri araşdırılmalıdır. Əgər doğrudanda faktlar doğrudursa, o zaman cəza adekvat və cəmiyyəti bu tip məqamlardan çəkindirici olmalıdır. Hətta bu mövcud qanunvericiliyə təxminedici deyilsə, o zaman cinayət məcəlləsinə əlavələr edilməlidir. Elə hallar var ki, bunlar yayqınlaşmağa başlasa, daha böyük fəlakətlərə gətirib çıxara bilər. Məsələn, bir atvyorkayla sürücüyə hücum etdi deyib Tofiq Yaqubluya dörd il, amma şagirdi zorlayan müəllimə bir il iş verilirsə, əlbəttə, bu, cəmiyyəti yaralayar. Ona görə də cəmiyyətdə verilən istənilən cəza adekvat olmalıdır”.
“Tofiq Yaqubluya 4 il, şagirdi zorlayan müəllimə 1 il iş verilirsə...”
12
sentyabr
17:56

Qarabağ
KOMMENTLƏR
Siyavuş Novruzov da Tofiq Yaqublunun azad edilməsini istəyir
Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxsi hansı cəza gözləyir?
Prokurorluq 15 yaşlı məktəbli ilə cinsi əlaqədə olan müəllimlə bağlı protest verdi
Bakıda şok olay - “Kişi“ 15 yaşlı qızı aldadıb cinsi əlaqədə oldu
"Tonqal” restoranının sahibi 3 il müddətinə azadlıqdan məhrum
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat