Neft Daşlarında dalğanın hündürlüyü 2,3 metrə çatıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 19-na olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Qəbələdə 41 mm, Oğuzda 40 mm, Şəkidə 36 mm, Zaqatalada 23 mm, İsmayıllıda 21 mm, Qaxda 17 mm, Balakəndə 15 mm, Astarada 14 mm, Quba, Qusar, Mingəçevirdə 8 mm, Şahdağ, Yardımlı, Yevlax, Kürdəmir, Lerik, Şamaxı, Altıağac, Xaltan, Qrız, Şabran, Göygöl, Qobustan, Tərtər, Gəncə, Naxçıvan, Ağdərə. Daşkəsən, Gədəbəy, Naftalan, Şəmkir, Tovuz, Ağdam, Ağstafa, Beyləqan, Bərdə, Cəfərxan, Biləsuvar, Lənkəran, Göytəpədə 6 mm-dək, Bakıda 6 mm, Sumqayıtda 2 mm, Maştağa, Binədə 1 mm-dək olub.
Şahdağ, Oğuz, Qəbələ, Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.
Oktyabrın 18-i saat 14:00-da yağan leysan yağışlar nəticəsində Əyriçay Baş Daşağıl (Oğuz) məntəqəsindən sel keçib.
Şimal-qərb küləyi Neftçalada 20 m/s, Şirvanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 18-20 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,3 metrə çatıb.
Oktyabrın 20-də ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçəcək.
Azərbaycanın bəzi bölgələrinə qar yağıb - FAKTİKİ HAVA
19
oktyabr
17:48

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat