Daşkəsəndə qızıl tapmaq məqsədilə tarixi abidəni sökmək istəyən şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.
Daşkəsən rayon Polis Şöbəsinə rayonun Aran Zəylik kəndi ərazisində yerləşən 7-9-cu əsrlərdə inşa olunan Alban Məbədində bir neçə şəxsin qanunsuz olaraq qızıl axtarması və məbədə ziyan vurulması ilə bağlı məlumat daxil olub.
Polis əməkdaşları dərhal həmin əraziyə gələrək təxrəsalınmaz tədbirlər həyata keçirib. Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakinləri Namiq Əliyev, Əliağa Əhmədov, Şirvan şəhər sakini Eynur Səmədov, Bakı şəhər sakini Ülfət Niftalıyev və Quba rayon sakini Taleh Şirinov qabaqcadan planlaşdıraraq sözügedən əraziyə gəlmiş, müxtəlif elektrik avadanlıqları və alətlərin köməyi ilə məbədin ərazisində qızıl axtarışlarına başlamışlar.
Həmin şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Qızıl tapmaq məqsədilə tarixi abidəni sökmək istədilər
27
oktyabr
10:23

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat