Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun qızı Nigar Həzi atası ilə görüşüb.
Bu barədə Nigar Həzinin özü bildirib. Onun sözlərinə görə, həbsinə etiraz olaraq 13 gündür ki, aclıq aksiyası edən atası hazırda “City Hospital” klinikasında reanimasiyadadır. “Artıq sistemləri də dayandırıb. Bildirdir ki, bundan sonra sistem vurulmasına imkan verməyəcək. Hətta doktor Adil Qeybulla belə, israr etsə də, bu olmayacaq. Xeyli zəifləyib. Vəkillərinin hər gün onunla görüşünə icazə verilməsini tələb edir”, - deyə Nigar Həzi əlavə edib.
Onun sözlərinə görə, Tofiq Yaqublu zəifləməsinə baxmyaraq, aksiyanı davam etdirməkdə israrlıdır. “Dedi ki, ya bəraət verilməlidir, ya da öləcəm. Heç bir qidalanmadan söhbət gedə bilməz. Ona vurulan sistemlər də qida tərkibli deyil”, - deyə Tofiq Yaqublunun qızı bildirib.
Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
İttihama görə, avtomobil qəzası zamanı Tofiq Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir. Onun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
“Dedi ki, ya bəraət verilməlidir, ya da öləcəm” – Tofiq Yaqublunun qızı
14
sentyabr
17:06

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat