“Ermənistan hökumətinin binası qarşısında hər gün etiraz aksiyaları keçirilir”.
Bakısəsi “Report”a istinadla xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Sarukyan İcevan şəhərində yerli sakinlərlə görüşündə bildirib.
“Dövlət borcu artır. Bu pulları hara xərcləyiblər? Hakimiyyətdəki məsul şəxslər təcrübəli insanlar olmalı, başçılıq etdikləri sahəni bilməlidirlər”, - Q.Sarukyan vurğulayıb.
O qeyd edib ki, səlahiyyətli şəxslər insanların sosial vəziyyətini yüngülləşdirə bilsəydi, problemlər aradan qalxardı.
Q.Sarukyan daha sonra ölkədəki hazırkı vəziyyətin dəhşətli dərəcədə ağır olduğunu və daha da ağırlaşacağını vurğulayıb.
Çiçəklənən Ermənistan Partiyasından olan deputat Mikael Melkumyan da ölkədəki durumu tənqid edib:
“Kobud şəkildə ifadə etsək, Ermənistan iqtisadiyyatı çox bərbad vəziyyətdədir. Bizim “aclıqdır” deməyimiz mağazalarda bu və ya başqa ərzaq mallarının olmaması demək deyil. Həmin malları almaq üçün əhalinin pulu yoxdur. İstənilən iş adamı məhsul idxal edə bilər. Ancaq əhalinin tələbatı ötən illə müqayisədə 15-20% azalıb. Daha doğrusu, əhali pulsuzluqdan ehtiyacı olan malları əldə edə bilmir”.
“Dövlət borcu artır. Bu pulları hara xərcləyiblər?“ - Erməni deputat
15
sentyabr
16:33

Qarabağ
KOMMENTLƏR
"Rəsmi Bakı ilə Yerevan gərginliyi azaltmaqda maraqlıdır" - Lavrov
Erməni deputat: "Ermənistan əhalisi uçuruma yuvarlanır"
“Ermənistan Azərbaycandan layiqli cavabını alacaq” – Millət vəkili
“Siyasi vəziyyət stabil deyil, cəmiyyət parçalanıb, elitalar isə münaqişədədir”
Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat