Karantin rejiminə görə ölkə üzrə toy mərasimlərin keçirilməsinə sentyabrın 30-na kimi qadağa qoyulub. Amma koronavirus pandemiyasına görə Azərbaycanda 7 aya yaxındır ki, toy, yas və digər kütləvi mərasimlər keçirilmir. Bir çox mütəxəssislər payızın sonunda koronavirus pandemiyasının bitəcəyi ilə bağlı fikirlər səsləndirirlər. Həmin vaxt toyların keçirilməsinə icazə veriləcəkmi?
Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl bilidirib ki, koronavirus pandemiyası 3-4 il davam edə bilər: "İnsan həyatı toydan daha dəyərlidir. İnsanlarımız toy və yas mərasimlərini bir müddət unutsunlar. Bu barədə danışmağa dəyməz, çünki toyların keçirilməsinə icazə verilməyəcək. Vətəndaşlarımız toylara gələn insanların sayının azalması ilə razı olmayacaq. Bəziləri üçün toy sevənləri birləşdirmək deyil, bir növ lotereya oyunudur. Pul dağıtmışam, indi isə yığıram. Karantin rejimi ailə qurmağa maneə olmur. Ailə həyatı gənclərimizə lazımdır. Bir-birilərini sevənlər nikaha daxil olsunlar və gedib yaşasınlar. Buna heç kim əngəl ola bilməz. Əsas söz-söhbət toyun ətrafındadır. Gəlin, hər şeyin adını düzgün qoyaq. Pul məsələsi olduğu üçün vətəndaşlarımız 30-40 nəfərlə toy keçirilməsinə razılıq verməyəcək”.(Konkret.az)
Azərbaycanda toyların keçirilməsinə 3-4 il qadağa qoyula bilər
15
sentyabr
22:15

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat