Bu gün, sentyabrın 15-də Bakıda Şəhidlər Xiyabanında "Türk Şəhidliyi" abidəsini ziyarət edən Milli Şura və Müsavat Partiyasının fəalları ilə polis arasında gərginlik yaşanıb.
CivilAzerbaijan.com bildirir ki, Milli Şura və Müsavat Partiyası rəhbərliyinə karantin rejimi səbəb göstərilərək 10 nəfər şəxsdən artıq qrup şəkilində abidənin önünə getməyə imkan verilməyib. Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli abidənin önündə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 102-ci illiyi ilə bağlı qısa nitq söyləyib. Polis buna imkan verməyib. Ə.Kərimli deyib ki, koronavirusdan bu şəkildə sui-istifadə düzgün deyil, onlar sosial məsafəni qoruyurlar.
"Ziyarətimizə imkan verilməyib"
"Ora 10 nəfərlik qruplarla buraxıldıq, abidənin önünə gül qoyduq. Lakin Əli Kərimli danışmağa başlayan kimi polis əməkdaşları bizi ərazidən uzaqlaşdırmağa başladı. Faktiki olaraq ziyarətimizə imkan verilməyib", - deyə AXCP-dən qeyd ediblər.
Oxşar insident Müsavat Partiyası rəhbərliyi və fəalları ilə də bağlı baş verib.
Üstəlik, çıxış edərkən Müsavat Partiyası başqanı Arif Hacılı ilə polis arasında da gərginlik yaşanıb. "Bütün bu hərəkətlərinizə görə cavab verəcəyiniz gün uzaqda deyil", -deyə Arif Hacili vurğulayıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı martin 24-dən karantin rejimidir, AzadlıqRadiosu-nun xəbərində deyilir.
Şəhidlər Xiyabanında AXCP və Müsavatla polis arasında gərginlik - Video
15
sentyabr
18:55

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat