Bakıda sinif otağında şagirdlərin yemək bişirməsinə şərait yaradan məktəb direktoruna şiddətli töhmət verilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, paytaxtdakı 48 nömrəli tam orta məktəbdə şagirdlərin yemək hazırlaması ilə bağlı yayılan videogörüntü ilə əlaqədar İdarə araşdırma aparıb: "Araşdırma nəticəsində vəzifə funksiyalarını yerinə yetirərkən məsuliyyətsizliyə yol verdiklərinə görə 48 nömrəli tam orta məktəbin direktoru Aynurə Bağırovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Solmaz Çobanovaya isə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, töhmət verilib".
Qeyd edək ki, müvafiq videogörüntü ötən tədris ilində (16 may 2022-ci il) çəkilib. Həmin vaxt məktəb rəhbərliyi tərəfindən sinif rəhbəri, müəllim və məktəb psixoloqu barəsində intizam tənbeh tədbiri görülüb.
Şagirdlərin dərsdə yemək bişirdiyi məktəbin direktoruna şiddətli töhmət verildi
14
noyabr
18:14

Qarabağ
KOMMENTLƏR
Səs yazısı yayılan məktəb direktoruna TÖHMƏT VERİLDİ
Yevlaxda məktəbdə şagirdlərə dini mahnı oxudan müəllimə şiddətli töhmət verilib -YENİLƏNİB Ətraflı
Məktəbdə yayılan biabırçı görüntü ilə bağlı araşdırma aparılır (YENİLƏNİB)
Şagirdlərin dərsində "oyun çıxardığı" müəllimə töhmət verildi - YENİLƏNİB (VİDEO)
Şagirdləri döyən direktora şiddətli töhmət VERİLDİ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat