Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları 16 yaşlı qızın nişanlanması ilə bağlı valideynlərinə xəbərdarlıq edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov bildirib ki, faktla bağlı Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunur.
"Polis əməkdaşları məktəblinin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub. Valideynləri isə ailə daxilində kiçik bir mərasimin keçirildiyini səmimi etiraf edərək, övladlarının hal-hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər", - DİN rəsmisi vurğulayıb.
Xatırladaq ki, noyabrın 16-da Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə Kürdəmirdə məktəbli qızın nişanlanması ilə bağlı paylaşım etmişdi.
Polis 16 yaşlı qızın nişanlanması ilə bağlı valideynlərinə XƏBƏRDARLIQ ETDİ
17
noyabr
10:33

Qarabağ
KOMMENTLƏR
Şəmkirdə 15 yaşlı qız əmisi oğluna ərə verilir - DİN-dən REAKSİYA (YENİLƏNİB)
Sabirabadda yeniyetmə qız 40 yaşlı kişiyə ərə verilib? - RƏSMİ AÇIQLAMA
Sabirabadda 40 yaşlı kişi 16 yaşlı qız aldı
DİN-dən məktəbli qızın evləndirilməsi xəbərinə REAKSİYA (YENİLƏNİB)
14 yaşlı qızın nişanlanması ilə bağlı DİN-dən AÇIQLAMA
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat