"Tovuzda Azərbaycana hücum edən, Şuşada yallı gedən, Qarabağla bağlı danışıqları pozacaq bəyanatlar verən Ermənistana etiraz etmək əvəzinə həmsədrlər 2 ay yataraq, indi ayılıb, hər iki tərəfi danışıqlara səsləyirlər".
"MediaPost" xəbər verir ki, bu fikirləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov səsləndirib. O, "Tovuz hadisələrindən 2 ay keçəndən sonra yatıb - yatıb indi ayılan Minsk qrupu hansı siyasi etikanın sahibidir"- deyərək ATƏT-in Minks qrupunun fəaliyyətsizliyinə etiraz edib:
"Deməli, Anjey Kaspişik və 3 həmsədrlər nəhayət ki, gözdən pərdə asmaq üçün iclas keçiriblər. Sentyabr ayının ortasında utanmazcasına həmsədrlər Ermənistan-Azərbaycan sərhədində iyul ayında yaranmış gərginliyi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti müzakirə ediblər. Siz bəyənatdakı bu cümləyə baxın. Həmsədrlər bəyanatla çıxış edərək Azərbaycan və Ermənistan XİN başçılarını yaxın həftələrdə “qeyd-şərtsiz” danışıqlara başlamağa çağırıb.
Gülməlidir, elə deyilmi? ATƏT-in Minsk qrupu artıq özünü tam çılpaqlığı ilə rüsvay etdi".
"Şuşada yallı gedən Ermənistana..." - ATƏT-in Minsk qrupu özünü təlxək yerinə qoyub?
17
sentyabr
13:41

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat